Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi brayl əlifbası ilə nəşr olunacaq

Din
  • 16 mart, 2015
  • 11:53
Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi brayl əlifbası ilə nəşr olunacaq

Bakı. 16 mart. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevi qəbul edib. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanda Qurani-Kərimin brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) çap olunmasının vacibliyi, bunun üçün mövcud imkanlar və digər məsələlər müzakirə olunub. Qeyd edilib ki, Dövlət Komitəsinin dəstəyi ilə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin brayl əlifbası ilə nəşr olunması nəzərdə tutulub.

Görüşün sonunda Dövlət Komitəsinin sədri Səmyar Abdullayevə brayl əlifbası ilə çap olunmuş Qurani-Kərim hədiyyə edib.