Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb
- 23 yanvar, 2020
- 12:31
Yeniliklərdən dərhal xəbərdar olun!
"Ötən il idxalla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 3888 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb".
“Report” xəbər verir ki, bunu Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.
O bildirib ki, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 239 adda dini ədəbiyyata baxılaraq onlardan 14-nün çapı məqsədəuyğun sayılmayıb, 799 adda (648247 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.
Şöbə müdirinin sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq Dövlət Komitəsinə göndərilən 721 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq onlardan 95-nin zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.