Ağstafada geosiyasi proseslərin dəyərlər sisteminə təsiri mövzusunda regional konfrans keçirilir
- 18 noyabr, 2026
- 10:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağstafa şəhərində "Dəyişən dünyada dəyərlər, inanc və kimlik" mövzusunda regional konfrans təşkil olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, regional konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Dövlət Komitəsinin və Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, həmçinin ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirak edirlər.
Konfransın məqsədi qloballaşma, rəqəmsallaşma və müasir geosiyasi proseslər fonunda dəyərlər sistemində baş verən dəyişiklikləri, eləcə də dini inanclar və milli-mədəni kimlik məsələlərini müzakirə etmək, mənəvi dəyərlərin qorunması, dini və mədəni müxtəlifliyə hörmət, dinlər və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində fikir mübadiləsi aparmaqdır.