"Milan" Vircil van Deyki heyətinə qatmaq istəyir
Futbol
- 18 noyabr, 2026
- 10:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Milan" klubu Niderland millisinin futbolçusu Vircil van Deyki heyətinə qatmaq istəyir.
"Report" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Rossonerilər" İngiltərə təmsilçisi "Liverpul"da çıxış edən 35 yaşlı müdafiəçini azad agent kimi transfer etmək niyyətindədir. Təcrübəli oyunçunun Mersisayd klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır və tərəflər yeni sözləşmə barədə razılığa gələ bilməyiblər.
Qeyd edək ki, Vircil van Deyk 2018-ci ildən "Liverpul"da çıxış edir.
Son xəbərlər
10:35
Nazir müavini: "Kənd təsərrüfatı əhəmiyyətli transformasiya dövrünə keçir"
ASK
10:31
Foto
Video
Qobustanda top mərmisi tapılıb
Hadisə
10:31
Foto
Avropa çempionatı: Azərbaycan boksçusu Səbuhi Əlizadənin erməni rəqibi diskvalifikasiya olunub
Fərdi
10:30
İran əsgəri İraqla sərhəddə silahlı qruplaşma tərəfindən öldürülüb
Region
10:30
Azərbaycanda cari ildə peşə təhsili alanların sayı 40 minə çatıb
Sosial müdafiə
10:28
Foto
XİN başçıları Azərbaycan-Almaniya münasibətlərini müzakirə ediblər - Yenilənib
Xarici siyasət
10:24
"Milan" Vircil van Deyki heyətinə qatmaq istəyir
Futbol
10:24
Bakıda Gələcəyin Peşələri Sammiti keçirilir
Sosial müdafiə
10:23
Foto
Azərbaycan və İsrail arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Xarici siyasət