Mərakeş təmsilçisi: İtkin düşmüş şəxslərin talelərini müəyyənləşdirmə prosesi kompleks yanaşma tələb edir
- 09 oktyabr, 2025
- 11:17

İtkin düşmüş şəxslərin talelərini müəyyənləşdirmə prosesi kompleks yanaşma tələb edir.
"Report" xəbər verir ki, bunu Dünya Veteranları Federasiyasının prezidenti, Mərakeş Müqavimət Hərəkatı və Azadlıq Ordusunun Keçmiş Üzvləri üzrə Ali Komissarı Dr. Əl-Mustafa əl-Ktiri Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
"Məhz müharibədən əziyyət çəkənlər ağrını daha çox hiss edirlər, onlar sülhün nə qədər zəruri olduğunu bilirlər. İtkin düşmüş şəxslərin talelərini müəyyənləşdirmə prosesi kompleks yanaşma tələb edir. Həmin yanaşmalar indiki təhsil sistemimizə də inteqrasiya olunmalıdır ki, gələcək nəsillər bu kimi problemlərlə üzləşməsinlər. İnsan hüquqları, ləyaqəti hər şeydən önəmlidir. Mərakeş Krallığı bu istiqamətdə addımların hamısını dəstəkləyir", - o əlavə edib.