FHN: Gəncədə yaşayış binasındakı partlayışda iki nəfər xəsarət alıb - YENİLƏNİB-3
- 09 oktyabr, 2025
- 17:58

Gəncə şəhərində yaşayış binasında baş verən partlayışda iki nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib.
FHN qüvvələri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş verən yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan vermədən qısa müddətdə söndürüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Partlayış dalğasının təsirindən 1989-cu il təvəllüdlü Qurbanov Elnur Nazim oğlu və 1963-cü il təvəllüdlü Nağıyeva Zərinə Abuzər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Gəncədə yaşayış binasında baş verən partlayışda ağır xəsarət alan 1989-cu il təvəllüdlü Elnur Qurbanov Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılır.
"Report"un Qərb bürosunun məlumatına görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, E.Qurbanov həmin evdə təmir işləri görən usta olub.
Gəncədə yaşayış binasında partlayış baş verən mənzildə təmir işləri görən usta xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, onun 1989-cu il təvəllüdlü Elnur Qurbanov olduğu bildirilir.
Bundan başqa, daha bir nəfərin də xəsarət aldığı qeyd olunub.
Gəncə şəhərində mənzildə partlayış olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş verib.
Əraziyə yanğınsöndürən maşınlar və təcili yardım biriqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.