Azərbaycan banklarının I yarımildə verdiyi "yaşıl kredit"lərin strukturu açıqlanıb
- 09 oktyabr, 2025
- 17:30

Bu ilin I yarısında Azərbaycan banklarının verdiyi 12 756 ədəd "yaşıl kredit"in 12 285-i (məbləğ olaraq 289,9 milyon manatın 91 milyon manatı) heyvandarlıq və akvakultura sahəsinin payına düşüb.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin aparıcı iqtisadçısı Vüsal Həsənov bildirib.
Bundan başqa, onun sözlərinə görə, banklar "yaşıl nəqliyyat"a 284 ədəd (112,1 milyon manat), enerji səmərəliliyinə 89 ədəd (37,5 milyon manat), bərpaolunan enerjiyə 5 ədəd (18,6 milyon manat), suyun dayanıqlı idarə olunmasına 31 ədəd (14,6 milyon manat), çirklənmənin qarşısının alınmasına 4 ədəd (1,2 milyon manat), dairəvi iqtisadiyyat və tullantıların idarə olunmasına 58 ədəd (14,7 milyon manat) "yaşıl kredit" verib.
"Bu ilkin nəticələr bank sektorunun "yaşıl maliyyə" fəaliyyətinin başlanğıc mərhələsini əks etdirir", - deyə V.Həsənov vurğulayıb.