ABŞ-nin Sahil Mühafizəsi iki ədəd şəxsi "Gulfstream" təyyarəsi alacaq
- 19 oktyabr, 2025
- 06:22

ABŞ-nin Sahil Mühafizəsi daxili təhlükəsizlik naziri Kristi Noem, nazirliyin yüksək səviyyəli rəsmiləri və Sahil Mühafizəsinin vəzifəli şəxslərinin istifadəsi üçün 200 milyon dollar dəyərində iki "Gulfstream" şəxsi təyyarəsi almağı planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə "Washington Post" daxili sənədə istinadən məlumat yayıb.
"Sahil Mühafizəsi daxili təhlükəsizlik naziri Kristi Noem və nazirliyin digər yüksək vəzifəli şəxsləri, Sahil Mühafizəsi rəsmiləri üçün ümumi təxmini dəyəri 200 milyon dollar olan iki "Gulfstream" şəxsi təyyarəsi almağı planlaşdırır", - qəzet yazır.
Nəşr vurğulayır ki, təlim, xüsusi boya işi və genişləndirilmiş sərnişin salonu da daxil olmaqla, iki reaktiv təyyarənin dəyəri, ilin əvvəlində bir "Gulfstream" üçün Sahil Mühafizəsinin tələb etdiyi 50 milyon dollardan çoxdur.