Ekspert: ABŞ nüvə obyektlərinə hücumdan əvvəl İranı məlumatlandırıb
Region
- 19 oktyabr, 2025
- 11:34

ABŞ Fordo nüvə obyektinə planlaşdırılan hücumdan əvvəl İranı məlumatlandırıb.
"Report"un "Azad İran" telegram kanalına istinadən verdiyi məlumata görə, bunu iranlı mühafizəkar siyasi ekspert Fuad İzadi deyib.
Onun sözlərinə görə, amerikalılar Fordo və Natanz obyektlərinə hücum etmək niyyətləri barədə də xəbərdarlıq ediblər, bundan sonra iranlıların ABŞ-nin hansı bazasına cavab verəcəyini soruşublar.
"Amerikalılar dedilər: "Biz hücum edəcəyik, siz isə cavab olaraq bazalarımızdan birinə zərbə endirəcəksiniz". Sadəcə hansı bazanı seçəcəyimizi bilmək istəyirdilər", - İzadi qeyd edib.
İyunun 22-də ABŞ İrandakı üç nüvə obyektini vurub: Fordo, İsfahan və Natanz. Həmin gün İran ABŞ-ın Qətərdəki "Əl Udeyd" bazasına raket zərbəsi endirib.
Son xəbərlər
14:48
Video
Qurban Qurbanov "Haber Global"a danışıb: Hazırda böyük bir kluba keçmək fikrim yoxdur
Media14:46
Luvrdan 7 dəqiqəyə Napoleon və imperatriçanın zinət əşyaları oğurlanıb
Digər ölkələr14:41
İsrailli nazir Netanyahudan Qəzzada döyüşləri bərpa etməyi tələb edib
Digər ölkələr14:39
Foto
Bakıda avtomobil motosikletlə toqquşub, xəsarət alan var
Hadisə14:35
İsrail Livanla sərhəddə 5 gün hərbi təlimlər keçirəcək
Digər ölkələr14:34
Prezidentin "Kazinform"a müsahibəsi Türk dünyasının birliyinə yönələn aydın siyasi baxışın ifadəsidir - RƏY
Daxili siyasət14:14
Samur-Abşeron su kanalında bir nəfər batıb
Hadisə14:10
Almaniya Gürcüstandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
Region14:00