Cəlilabadda yol qəzasında xəsarət alan altı nəfərin səhhəti məlum olub - SİYAHI, YENİLƏNİB-2

Hadisə
  • 19 oktyabr, 2025
  • 13:27
Cəlilabadda yol qəzasında xəsarət alan altı nəfərin səhhəti məlum olub - SİYAHI, YENİLƏNİB-2

Cəlilabadda yol qəzasında xəsarət alanların səhhəti məlum olub.

"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 19.10.2025-ci il tarixində saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (2-si qadın, 4-ü kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin edilib.

Belə ki, 1965-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Digər 5 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Cəlilabad rayonunda yol qəzasında xəsarət alanların sayı artıb.

"Report"un Muğan bürosunun məlumatına görə, "VAZ-2106" markalı minik avtomobilinin "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində xəsarət alanların sayı beş nəfərə çatıb.

Xəsarət alanlar - Səfərli Zülfüqar Zaur oğlu, İdrak Rza Ağahüseyn oğlu, Musayev Əmrah Əlyar oğlu, Əhimov Mahir Səfər oğlu, Məmmədov Əmrah Zaur oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt–Astara yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı minik avtomobili qarşı istiqamətdən gələn "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Fakt ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti