​Yunanıstanda qaçqınları aparan qayıq batıb, 9 nəfər ölüb

Digər ölkələr
  • 17 noyabr, 2015
  • 10:38
​Yunanıstanda qaçqınları aparan qayıq batıb, 9 nəfər ölüb

Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyənin Muğla əyalətinin Bodrum bölgəsindən Yunanıstanın İstanköy (Kos) adasına qaçqınları aparan qayığın batması nəticəsində 9 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Hadisə Yunanıstan sularında baş verib. 

Qayıqda 18 nəfər olub. Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları onlardan 9-nu xilas edib.

44 - Tezliklə