Ukraynalılar BMT-nin mənzil-qərargahı önündə aksiya keçiriblər

Digər ölkələr
  • 24 fevral, 2023
  • 23:02
Ukraynalılar BMT-nin mənzil-qərargahı önündə aksiya keçiriblər

ABŞ-nin Nyu-York şəhərində yaşayan Ukrayna icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçiriblər.

"Report"un ABŞ bürosu xəbər verir ki, əllərində bayraqlar və Rusiya Prezidenti Vladimir Putinin karikaturları olan plakalatla əraziyə gələn aksiya iştirakçıları beynəlxalq təşkilatdan ədalət tələb ediblər.

Etirazçılar ərazidə Rusiyanın Ukraynanı işğalına qarşı müharibə əleyhinə simvol olaraq istifadə edilən ağ-göy-ağ rəngli nəhəng bayraq açıblar.

Aksiyada "Putin qatildir", "Putinin terrorunu dayandırın", "Putin Ukraynadan əlini çək", "Müharibəni dayandırın" şüarları səsləndirilib. Aksiya ABŞ-nin qabaqcıl yerli KİV-də canlı yayımlanıb.

Etirazçılar Ukraynada müharibənin bitməsini, Rusiya liderinin beynəlxalq məhkəmə qarşısına çıxarılmasını tələb ediblər.

44 - Tezliklə