Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər

Digər ölkələr
  • 27 avqust, 2026
  • 13:17
Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər

Müharibənin başa çatdırılması üzrə danışıqlar çərçivəsində Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov "Novosti.LIVE"a şərhində bildirib.

Onun sözlərinə görə, hazırda danışıqlar aparılmır, lakin onun bərpa edilməsi planlaşdırılır.

"Mən danışıqların bərpa olunacağına ümid edirəm. Eyni zamanda amerikalılarla da. Onlarsız heç cür mümkün deyil", - Budanov deyib.

O qeyd edib ki, danışıqlar prosesi çərçivəsində növbəti hadisələr artıq sentyabrda baş verə bilər.