Tunisdə iki qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, 60-ı yaralanıb

Digər ölkələr
  • 03 may, 2018
  • 22:56
Tunisdə iki qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, 60-ı yaralanıb

Bakı. 4 may. REPORT.AZ/ Tunis paytaxtının ətrafında iki sərnişin qatarının toqquşması nəticəsində 1 nəfər ölüb və azı 60 nəfər xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Mosaique FM" radiostansiyası məlumat yayıb.

Qəzanın baş verdiyi Ben-Arus əyalətinin qubernatoru ölən şəxsin qatarlardan birinin maşinisti olduğunu bildirib. Yaralanan 60 sərnişindən, ən azı 2-si ağır vəziyyətdədir.

Bildirilir ki, hazırda məlum olmayan səbəblərdən hər iki qatar eyni dəmir yolunda peyda olub.