Trüdo İsraili Qəzzanın dinc sakinlərini müdafiə etməyə çağırıb

Digər ölkələr
  • 26 oktyabr, 2023
  • 22:43
Trüdo İsraili Qəzzanın dinc sakinlərini müdafiə etməyə çağırıb
Castin Trüdo

Kanadanın Baş naziri Castin Trüdo İsraili Qəzzanın dinc əhalisini müdafiə etmək üçün bütün səyləri göstərməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu hökumət başçısı jurnalistlərə bildirib.

“Biz qətiyyətlə israr edirik ki, İsrail hətta beynəlxalq hüquqa uyğun olaraq qanuni özünümüdafiə haqqından istifadə edərək HƏMAS-ı təqib edəndə də Qəzzanın mülki əhalisini qorumaq üçün hər cür səy göstərsin”, – Kanada lideri söyləyib.

Trüdo xatırladıb ki, Kanada Qəzzaya humanitar yardımların çatdırılması üçün Fələstin-İsrail münaqişəsi zonasında atəşkəsin tərəfdarıdır.