Səudiyyə Ərəbistanında neft kəmərində sızma olub, ölən və yaralananlar var

Digər ölkələr
  • 20 fevral, 2017
  • 13:54
Səudiyyə Ərəbistanında neft kəmərində sızma olub, ölən və yaralananlar var

Bakı.20 fevral.REPORT.AZ/ Səudiyyə Ərəbistanının şərqində neft kəmərində sızma baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Saudi Aramco” şirkəti hadisə nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin isə yaralandığını bildirib. 

Şirkətdən qeyd olunub ki, sızmanı nəzarətə almaq mümkün olub. Lakin həmin şəxsin necə ölməsi ilə bağlı detallar açıqlanmayıb. 

Şirkət hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.