​Səudiyyə Ərəbistanında 14 nəfər barəsində edam hökmü çıxarılıb

Digər ölkələr
  • 01 iyun, 2016
  • 11:17
​Səudiyyə Ərəbistanında 14 nəfər barəsində edam hökmü çıxarılıb

Bakı. 1 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanı məhkəməsi krallığın 14 vətəndaşı barəsində edam hökmü çıxarıb.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, onlar terrorçuluqda ittiham olunublar.

Xəbərə əsasən, bu ilin əvvəlindən indiyədək Səudiyyə Ərəbistanında 95 nəfər edam olunub. Sonuncu dəfə polis zabitini güllələmiş Nigeriya vətəndaşı edam edilib. 

44 - Tezliklə