Britaniya Suriyanın sabiq iqtisadiyyat nazirinə qarşı sanksiyaları ləğv edib

Digər ölkələr
  • 07 oktyabr, 2026
  • 04:43
Britaniya Suriyanın sabiq iqtisadiyyat nazirinə qarşı sanksiyaları ləğv edib

Böyük Britaniya Suriyanın sabiq iqtisadiyyat və xarici ticarət naziri Hammam əl-Cəzairini sanksiya siyahısından çıxarıb.

"Report"un məlumatına görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Əl-Cəzairi 2014-2016-cı illərdə nazir vəzifəsini tutub. O, nazir vəzifəsinə təyin edildiyi vaxtdan etibarən Britaniyanın sanksiyaları altında olub.

Nazirlik sanksiyaların ləğvinin səbəblərini açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Yaponiya da Suriyaya qarşı bir sıra sanksiyaları ləğv edib. Məhdudiyyətlərin yumşaldılması neft, bank və telekommunikasiya sektorları da daxil olmaqla, bir sıra şirkət və qurumlara şamil olunub.