Venesuelanın gücünə görə ikinci neft emalı zavodu yanğın səbəbindən fəaliyyətini dayandırıb

Digər ölkələr
  • 07 oktyabr, 2026
  • 03:13
Venesuelanın gücünə görə ikinci neft emalı zavodu yanğın səbəbindən fəaliyyətini dayandırıb

Venesuelanın şimal-qərbində yerləşən ölkənin gücünə görə ikinci ən böyük neft emalı zavodu "Cardon"da yanğın baş verdiyi üçün müəssisənin fəaliyyəti dayandırılıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" mənbələrə istinadən xəbər verib.

Məlumata görə, yanğın dizel yanacağının hidrotəmizlənməsi qurğusunu birləşdirən qaz kəmərində başlayıb. Bir neçə partlayışdan sonra qazanlar da daxil olmaqla, müəssisənin fəaliyyəti tamamilə dayandırılıb.

Yanğın bir saatdan az müddətdə söndürülüb. Hadisə nəticəsində xəsarət alanların olması barədə məlumat daxil olmayıb.

Gündəlik 310 min barel neft emalı gücünə malik "Cardon" zavodu Venesuelanın ən böyük neft emalı kompleksi olan "Paraguana"nın tərkibinə daxildir. Kompleksin ümumi emal gücü gündəlik 955 min bareldir.

Qeyd edək ki, ötən ay xammal çatışmazlığı səbəbindən zavodda ilkin neft emalı və katalitik krekinq qurğularının fəaliyyəti də dayandırılmışdı.

44 filmi