Səudiyyə Ərəbistanı Yəmənə havadan zərbələr endirib
Digər ölkələr
- 19 iyun, 2015
- 20:56
Bakı. 20 İyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya aviasiyası Yəməndə husilərin müxtəlif obyektlərinə havadan yeni zərbələr endirib.
"Report" xəbər verir ki, bombardman nəticəsində çoxsaylı insan itkisi qeydə alınıb.
Xüsusilə, aviasiya Sənada Yəmənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq qüvvələrin qoşunlarının olduğu Respublika Qvardiyasının bazasını bombalayıb.
Həmçinin Salehin tərəfdarlarının ələ keçirdiyi Sənanın rayonlarındakı digər hərbi bazalara havadan hücum olub.
Bununla yanaşı, təyyarələr husilərin Yəmənin şimalında yerləşən Saaddakı bir sıra obyektlərinə hava zərbələri endiriblər.
Bombardman nəticəsində ölənlərin dəqiq sayı açıqlanmır. Husilər nəticədə on dinc sakinin həlak olduğunu bildiriblər.
Son xəbərlər
21:20
Qurban Qurbanov: "ÇSKA komandası cavab qarşılaşması üçün iddialı və həvəslidir"
Futbol21:16
Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb
Digər ölkələr21:10
Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb
Digər ölkələr20:49
Koşerbayev və Rubio Xəzər Boru Kəməri Konsorsiumu ilə bağlı danışıqlar aparıblar
Digər ölkələr20:49
Gürcüstanda regional siyasət üzrə dövlət naziri vəzifəsi yaradılır
Region20:44
Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Digər ölkələr20:40
Almaniyada "Audi" zavodunun bağlanması ehtimalına qarşı kütləvi etiraz aksiyası keçirilib
Digər ölkələr20:40
"Sabah" fransalı futbolçusu Aaron Maluda ilə yollarını ayırıb
Futbol20:33