Koşerbayev və Rubio Xəzər Boru Kəməri Konsorsiumu ilə bağlı danışıqlar aparıblar

Digər ölkələr
  • 29 iyul, 2026
  • 20:49
Koşerbayev və Rubio Xəzər Boru Kəməri Konsorsiumu ilə bağlı danışıqlar aparıblar

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ABŞ dövlət katibi Marko Rubio ilə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) ətrafındakı vəziyyəti müzakirə edib.

"Report" Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sözügedən məsələ bu gün baş tutmuş telefon danışığı zamanı müzakirə olunub.

Qurumun məlumatına görə, tərəflər Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna hücumları, eləcə də genişləndirilmiş strateji tərəfdaşlıq çərçivəsində ikitərəfli gündəliyin aktual məsələlərini və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin G20 sammitində iştirak etmək üçün ABŞ-yə qarşıdan gələn səfərinə hazırlığın gedişatını müzakirə ediblər.

Digər təfərrüatlar verilmir.

Qeyd edək ki, G20 sammiti 2026-cı il dekabrın 14–15-də Mayamidə (ABŞ) keçiriləcək.