Sergey Lavrov Türkiyəyə gedir, Antalya Diplomatiya Forumuna qatılacaq

Digər ölkələr
  • 28 fevral, 2024
  • 10:25
Sergey Lavrov Türkiyəyə gedir, Antalya Diplomatiya Forumuna qatılacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 1-də Türkiyəyə səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki, S.Lavrov martın 1-2-də Antalya Diplomatiya Forumunda iştirak edəcək.

Martın 5-də isə onun İƏT-ə üzv dövlətlərin səfirləri ilə görüşü nəzərdə tutulur.