​Rusiya Suriyaya qarşı əsassız sanksiyaların əleyhinə çıxış edib

Digər ölkələr
  • 06 mart, 2015
  • 19:09
​Rusiya Suriyaya qarşı əsassız sanksiyaların əleyhinə çıxış edib

Bakı. 6 mart. REPORT.AZ/ "Moskva Suriyaya qarşı sanksiya tətbiqi məsələsində əsası olmayan qərarların qəbuluna imkan verməyəcək".

"Report" xəbər verir ki, bu bəyanatla Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin çıxış edib.

BMT Təhlükəsizlik Şurası Suriyada gedən döyüşlərdə xlor və digər zəhərli maddələrin tətbiqinə qarşı çıxan qətnamə qəbul edib. Sənəd 14 ölkə tərəfindən dəstəklənib.