Rusiya ordusu Kiyevə reaktiv dron zərbələri endirib, 10 nəfər yaralanıb

Digər ölkələr
  • 15 sentyabr, 2026
  • 11:11
Rusiya ordusu Kiyevə reaktiv dron zərbələri endirib, 10 nəfər yaralanıb

Rusiya ordusu sentyabrın 15-i gecə və səhər saatlarında Ukrayna paytaxtına fasiləsiz reaktiv dron zərbələri endirib.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bir saata yaxın davam edən hücum zamanı Kiyevin əsasən mərkəzi rayonlarındakı yanacaqdoldurma məntəqələri hədəfə alınıb.

Məlumata görə, dron zərbələri nəticəsində 10 nəfər yaralanıb, daha 3 yanacaq doldurma məntəqəsi məhv edilib.

44 - Tezliklə