Ramzan Kadırov: "Qroznıdakı Mətbuat evində altı terrorçu öldürülüb"
Digər ölkələr
- 04 dekabr, 2014
- 06:47
Bakı. 4 dekabr. REPORT.AZ/ Qroznıdakı Mətbuat Evində təcrid olunan altı terrorist öldürülüb, əməliyyat son mərhələdədir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çeçenistanın prezidenti Ramzan Kadırov bəyan edib.
Bir müddət əvvəl hüquq-mühafizə orqanlarından "RİA Novosti"yə bildiriblər ki, qanunsuz silahlı dəstənin olduğu avtomobili saxlamaq istəyərkən üç polis həlak olub. Yaraqlılar Qroznı şəhərinin mərkəzində yerləşən Mətbuat Evində gizləniblər. Milli Antiterror Komitəsi terrorçuların təcrid olunması və hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşının ölüm faktını təsdiqləyib. Şəhərin mərkəzində əks-terror əməliyyat rejimi elan olunub.
Son xəbərlər
02:17
Almaniyada məhkəmə AfD tərəfdarlarının silah lisenziyalarından məhrum edilməsini təsdiqləyib
Digər ölkələr01:50
Kolumbiyada zəlzələdən sonra futbol çempionatı dayandırılıb
Digər ölkələr01:14
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
Digər ölkələr00:56
Todd Blanş rəsmən ABŞ-nin ədliyyə naziri vəzifəsinin icrasına başlayıb
Digər ölkələr00:22
Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB-2
Hadisə00:09
Konqoda eboladan ölənlərin sayı iki min nəfərə yaxınlaşır
Digər ölkələr23:56
TBMM-də "Terrorsuz Türkiyə" ilə bağlı qanun layihəsi qəbul edilib
Region23:42
İsmayıl Bəqai: ABŞ-nin sanksiyaları İranı zəiflətməyəcək
Region23:30