Qırğızıstan lideri ölkədə keçirilən prezident seçkilərində səs verib

Digər ölkələr
  • 15 oktyabr, 2017
  • 05:53
Qırğızıstan lideri ölkədə keçirilən prezident seçkilərində səs verib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Qırğızıstan prezidenti Almazbek Atambayev ölkədə keçirilən prezident seçkilərində səs verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, ölkə lideri səs vermək üçün Bişkekdəki seçki məntəqələrindən birinə gəlib.

"Biz ədalətli seçkilər keçirəcəyik", — deyə o bildirib.

Oktyabrın 15-i Qırğızıstanda prezident seçkiləri keçirilir. Dövlət başçısı postuna ümumilikdə 11 namizəd iddialıdır.