Qəzza sektorunda toqquşmalar zamanı 122 fələstinli xəsarət alıb

Digər ölkələr
  • 23 avqust, 2019
  • 19:46
Qəzza sektorunda toqquşmalar zamanı 122 fələstinli xəsarət alıb

Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalar zamanı 122 fələstinli xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Maan" informasiya agentliyi sahilyanı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, 50-dən çox yaralı odlu silahdan açılan atəş zamanı xəsarət alıb. Onlar arasında 3 tibb işçisi də var.

Məlumata görə, sektorun bir neçə yüz sakini cümə duasından sonra 71-ci "Qayıdış marşı"na çıxıblar. Onlar İsraillə sərhədə gəliblər. İsrailin hərbi qulluqçuları sərhəd xəttində onlara yaxınlaşan fələstinlilərə qarşı gözyaşardıcı qaz tətbiq ediblər və atəş açıblar.