Qəzzada ölən fələstinlilərin sayı 26 mini keçib

Digər ölkələr
  • 26 yanvar, 2024
  • 08:43
Qəzzada ölən fələstinlilərin sayı 26 mini keçib

2023-cü il oktyabrın 7-dən Qəzza zolağında ölən fələstinlilərin sayı 26 083 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi teleqram səhifəsində məlumat yayıb.

Bildirilib ki, ötən il oktyabrın 7-dən etibarən 64 487 nəfər yaralanıb.