Genrix Kerstqens: "Orta Dəhliz yükdaşımaların artımının əsas hərəkətverici qüvvəsi olacaq"
- 06 oktyabr, 2026
- 15:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Orta Dəhliz orta və uzunmüddətli perspektivdə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatlarının inkişafına töhfə verərək, daşıma həcmləri artımının əsas amillərindən birinə çevrilə bilər.
"Report" xəbər verir ki, bunu "Rhenus Group"un korporativ nümayəndəsi Genrix Kerstqens Almaniya-Azərbaycan Əlaqəlilik Konfransının panel sessiyasında bildirib.
Onun sözlərinə görə, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ÜDM-in və əhalinin əhəmiyyətli dərəcədə artımını nümayiş etdirir, bu da mallara, istehlaka və sənayenin inkişafına əlavə tələbat yaradır.
O əlavə edib ki, şirkət həm Mərkəzi Asiya və Qafqaz regionları daxilində, həm də Avropa istiqamətində daşımaların irimiqyaslı artımını gözləyir: "Məhz bu, artımın əsas amili olacaq və biz bu prosesin bir hissəsi olmaq istəyirik".