Rubio: NATO-nun gücü üzv ölkələrin müdafiə qabiliyyətindən birbaşa asılıdır

Digər ölkələr
  • 08 oktyabr, 2026
  • 17:36
Rubio: NATO-nun gücü üzv ölkələrin müdafiə qabiliyyətindən birbaşa asılıdır

NATO güclü alyans olaraq qalmalıdır, bunun üçün üzv ölkələr müdafiəyə investisiyaları artırmalıdırlar.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Portuqaliyadakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müdafiəyə investisiyaları artırmaq çağırışı bəzən düşmən addımı kimi qəbul edilir: "Bu, belə deyil. Əksinə, biz deyirik ki, NATO ən mühüm əhəmiyyətə malikdir. NATO-nun əhəmiyyətli olması üçün o, güclü olmalıdır. Üzv dövlətlər də bunun üçün güclü olmalı, lazımi imkanlara malik olmalıdırlar".

M.Rubio qeyd edib ki, hər bir ölkə ölçüsünə və imkanlarına görə fərqlənir: "Bəzi dövlətlər digərlərindən daha çox töhfə verə bilər, lakin hər bir NATO ölkəsi mümkün qədər güclü olmalıdır".

Onun sözlərinə görə, onilliklər ərzində alyans bu funksiyanı uğurla yerinə yetirib: "Əgər NATO bu məqsədə xidmət etməyə davam etməlidirsə, onun gücünü təmin etmək zəruridir. Buna görə də biz gələcəkdə də müdafiə yükünü birlikdə daşımağı, növbəti nəsil silahların və qabaqcıl hərbi texnologiyaların yaradılmasında əməkdaşlıq etməyi nəzərdə tuturuq".