​Poroşenkonun mətbuat xidməti Saakaşvilinin istefası xəbərini təkzib edib

Digər ölkələr
  • 14 mart, 2016
  • 23:31
​Poroşenkonun mətbuat xidməti Saakaşvilinin istefası xəbərini təkzib edib

Bakı. 15 mart. REPORT.AZ/ Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Seqolko Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin işdən azad olunmasına dair məlumatı təkzib edib.

"Report" xəbər verir ki, bu barədə o öz "facebook" səhifəsində yazıb.

"Prezident Mixail Saakaşvili ilə Odessa vilayətinin perspektivli inkişaf layihələrinə dair telefon söhbəti edib. Odessa vilayət dövlət administrasiyası rəhbərinin istefası barədə bütün "məlumatlar" həqiqətə uyğun deyil", — deyə Seqolko bildirib.

Bir müddət öncə "Odessit.ua" nəşri öz mənbələrinə istinadən yazıb ki, Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin rəhbəri Mixail Saakaşvilinin istefaya göndərilməsi barədə fərman imzalayıb.