Pentaqon Meksika ilə sərhəddə dronların istifadəsini genişləndirə bilər

Digər ölkələr
  • 02 oktyabr, 2026
  • 14:39
Pentaqon Meksika ilə sərhəddə dronların istifadəsini genişləndirə bilər

Pentaqon pilotsuz uçuş sistemlərinin uğurlu sınaqlarından sonra Rio-Qrande çayında və Meksika körfəzində müşahidə aparmaq üçün ekipajsız katerlərlərdən istifadənin genişləndirilməsi imkanını nəzərdən keçirir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, söhbət yanvar ayından bəri sərhədin qanunsuz keçilməsi və narkotik qaçaqmalçılığının aşkarlanması üçün istifadə olunan "Seasats" şirkətinin "Lightfish" gəmilərindən gedir.

Hazırda sınaqlara 10 bu cür aparat cəlb olunub. ABŞ Müdafiə Nazirliyi onların sayının daha 50 ədəd artırılması imkanını nəzərdən keçirir.

Pentaqonun məlumatına görə, dronlar ay ərzində orta hesabla 452 qanunsuz keçmə halının aşkarlanmasına, 350 nəfərin saxlanılmasına və sərhədi qanunsuz keçmək üçün təxminən 100 cəhdin qarşısının alınmasına kömək edib.

Ekipajsız katerlər elektrooptik, infraqırmızı, hidroakustik sensorlarla təchiz edilib və bir neçə ay ərzində patrul ərazisində qala bilirlər.