Dünya Bankı Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlığını qiymətləndirib

Maliyyə
  • 02 oktyabr, 2026
  • 15:23
Dünya Bankı Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlığını qiymətləndirib

Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin yüksək səviyyəsini qoruyub saxlayır, həmçinin ÜDM-in artım tempi hələ də mülayim olaraq qalır.

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən CAMCA-2026 Regional Forumunda bildirib.

"Azərbaycan balanslaşdırılmış büdcə və monetar siyasət sayəsində dayanıqlı iqtisadi vəziyyəti ilə fərqlənir, əhəmiyyətli maliyyə ehtiyatlarına və aşağı səviyyəli dövlət borcuna malikdir. Lakin iqtisadi artım templəri olduqca aşağı olaraq qalır", - o deyib.

Onun sözlərinə görə, iqtisadi artım tempinin hazırkı yavaşlaması dövlətin əsaslı xərclərinin azalması, milli iqtisadiyyatın əsasını təşkil edən neft-qaz sektorunda hasilatın aşağı düşməsi, həmçinin qeyri-neft sektorunda aktivliyin zəif olması ilə bağlıdır: "Struktur islahatları aparılmasa, ölkə iqtisadiyyatının qısamüddətli və ortamüddətli artım tempinin illik 2 % aşağı səviyyədə qalması riski var. Ortamüddətli perspektivdə Azərbaycan üçün əsas vəzifə mövcud makroiqtisadi ehtiyatların yeni investisiya axınlarına, əmək məhsuldarlığının artımına və iqtisadi strukturun şaxələndirilməsindən ibarətdir. Bu, biznesin aparılması üçün şəraitin təkmilləşdirilməsi, rəqabət mühitinin gücləndirilməsi və özəl sektorun fəaliyyətinin dəstəklənməsi istiqamətində addımların atılmasını tələb edir".

44 filmi