Pakistanın cənubunda yük maşını avtobusla toqquşub, 17 nəfər həlak olub
Digər ölkələr
- 20 noyabr, 2017
- 06:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 noyabr. REPORT.AZ/ Pakistanın cənubunda baş verən ağır yol qəzasında 17 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qəza ölkənin cənubundakı Sind əyalətinin Xayrpur şəhəri yaxınlığında baş verib.
Ranipur-Sikkur marşrutu üzrə hərəkət edən kömür daşıyan yük maşını avtobusu ötməyə çalışarkən onunla toqquşub.
Polis yük maşını sürücüsünün idarəetməni itirdiyini və qəza nəticəsində 17 nəfərin ölümünə səbəb olduğunu bildirib.
Hazırda xəsarət alanların hamısı Xayrpur şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib, yaralılardan ikisinin vəziyyəti ağırdır.
Son xəbərlər
10:20
Məhkəmə: Yol qəzasında zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilməyə əsas olub
Hadisə
10:17
TFF "Fənərbağça" və "Qalatasaray"ın futbolçusunu cəzalandırıb
Futbol
10:14
Yeni Suraxanı–Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
İnfrastruktur
10:12
Azərbaycan Basketbol Liqasında V tura bu gün start veriləcək
Komanda
10:10
Foto
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Sənaye
10:03
Fərid Əhmədov Samuxda vətəndaşları qəbul edəcək
Hadisə
10:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (30.10.2026)
Maliyyə
09:59
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
Maliyyə
09:53
İraq, Qambiya, Mərakeş, Mozambik və Burkina-Faso "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır
Xarici siyasət