Nyu-Yorkda 18 milyard dollarlıq layihələrin maliyyələşdirilməsi dayandırılıb

Digər ölkələr
  • 01 oktyabr, 2025
  • 22:16
Nyu-Yorkda 18 milyard dollarlıq layihələrin maliyyələşdirilməsi dayandırılıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası müxtəliflik, bərabərlik və inklüzivlik məsələləri ilə bağlı narahatlıqlar səbəbindən Nyu-York şəhərində 18 milyard dollar məbləğində ayrı-ayrı infrastruktur layihələrinin maliyyələşdirilməsini dondurub.

"Report"un xəbərinə görə, bu barədə "The Wall Street Journal" administrasiyanın büdcə idarəsinin direktoru Rasıl Voutun bəyanatına istinadən məlumat yayıb.

Xüsusilə İkinci prospekt boyunca metro xəttinin tikintisinin maliyyələşdirilməsi dayandırılır. Onun sözlərinə görə, vəsait həmçinin Hudson altında dəmiryol tunellərinin tikintisi üçün ayrılıb.

"ABŞ Nəqliyyat Nazirliyi hər iki layihədə sözügedən sahədə siyasətlərin mövcudluğu ilə bağlı inzibati yoxlama aparır", - deyə nəşr yazıb. Bu yoxlama başa çatanadək vəsait verilməyəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti