Netanyahu Qəzza razılaşmasını təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağıracaq
- 09 oktyabr, 2025
- 04:07

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəsin birinci mərhələsini ratifikasiya etmək üçün Nazirlər Kabinetinin iclasını çağırmağı planlaşdırdığını açıqlayıb.
"Report"un məlumatına görə, bu barədə İsrailin baş nazirinin ofisi məlumat yayıb.
"Bu, İsrail üçün əla gündür. Sabah sazişi təsdiqləmək və bütün əziz girovlarımızı evə gətirmək üçün Nazirlər Kabinetinin iclasını keçirəcəyəm", - Netanyahu bildirib.
O, ordu və təhlükəsizlik qüvvələrinə göstərdikləri cəsarətə görə təşəkkür edib.
Baş nazir Qəzzada sülh nizamlanması üçün bu planı təklif edən ABŞ prezidenti Donald Trampa xüsusi minnətdarlığını bildirib.
"Tanrının köməyi ilə biz bütün məqsədlərimizə birlikdə nail olmağa və qonşularımızla sülh dairəsini genişləndirməyə davam edəcəyik", - Netanyahu əlavə edib.