Netanyahu hərbi-siyasi kabinetin məhdud tərkibdə iclasını keçirir

Digər ölkələr
  • 18 oktyabr, 2023
  • 19:45
Netanyahu hərbi-siyasi kabinetin məhdud tərkibdə iclasını keçirir
Binyamin Netanyahu

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenin yəhudi dövlətinə bir günlük səfərindən sonra Təl-Əvivdəki Müdafiə Nazirliyi kompleksində hərbi-siyasi kabinetin məhdud tərkibli operativ iclasını keçirir.

“Report” xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Binyamin Netanyahu Təl-Əvivdəki “Kiriya” kompleksində (Müdafiə Nazirliyi kompleksi – red.) məhdud hərbi-siyasi kabinetin üzvləri ilə operativ iclas keçirir”, - məlumatda bildirilib.

Xatırladaq ki, Bayden oktyabrın 18-də İsrailə bir günlük səfər edib.