Norveç Quaydonu yalnız Venesuela parlamentinin rəhbəri kimi tanıyıb

Digər ölkələr
  • 04 fevral, 2019
  • 18:26
Norveç Quaydonu yalnız Venesuela parlamentinin rəhbəri kimi tanıyıb

Bakı. 4 fevral. REPORT.AZ/ "Norveç Krallığı Venesuela müxalifətinin lideri Xuan Quaydonu ölkə parlamentinin başçısı kimi tanıyır, müvəqqəti prezident kimi yox".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri İne-Eriksen Syoreyde bildirib.

"Norveç ənənəvi olaraq yalnız dövlətləri tanıyır, hökumətləri deyil. Biz bütün bu vaxt ərzində Xuan Quaydoya Milli Assambleyanın seçilmiş və qanuni sədri kimi dəstəyimizi ifadə edirdik", - deyə Syoreyde bildirib.

Daha əvvəl BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, beynəlxalq təşkilat Venesueladakı qarşıdurmada tərəfsiz mövqedədir. 

44 - Tezliklə