Misirin keçmiş prezidenti Hüsnü Mübarək azadlığa çıxıb
Digər ölkələr
- 21 mart, 2017
- 11:12
Bakı. 21 mart. REPORT.AZ/ Misirin keçmiş prezidenti Hüsnü Mübarək paytaxt Qahirənin Maadi rayonundakı hərbi hospitalı tərk edərək evinə qayıdıb.
"Report"un məlumatına görə, bu barədə "Yoyum7" nəşri eks prezidentin ailəsinin yaxınlarına istinadən xəbər verib.
Məlumatda bildirilir ki, Mübarək xüsusi tibb avtomobili ilə Qelipolis rayonundakı evinə çatdırılıb. Onu oğlu Qamal və həyat yoldaşı Süzən Sabet müşayiət edib.
Keçmiş prezidentin evinin tibbi avadanlıqlarla təchiz edildiyi bildirilir.
Xatırladaq ki, Mübarəkə qarşı bir neçə cinayət işi 2011-ci ildə, onun hakimiyyətdən devrilməsindən sonra qaldırılıb. Kassasiya Məhkəməsi martın əvvəllərində keçmiş prezidentə bəraət verib.
Son xəbərlər
20:06
Edqaras Yankauskas: "Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik"
Futbol19:37
Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib
Digər ölkələr19:26
Foto
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
Futbol19:25
Foto
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
Daxili siyasət19:13
Valeri Çeçelaşvili: Azərbaycan ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı
Region18:53
Foto
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - YENİLƏNİB-5
Futbol18:50
Foto
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
Daxili siyasət18:33
Əraqçi: İran uranı dinc məqsədlər üçün 60 %-ə qədər zənginləşdirir
Region18:27
Foto