Merts Berlində "istəklilər koalisiyası"nın görüşünün keçiriləcəyini açıqlayıb

Digər ölkələr
  • 04 oktyabr, 2026
  • 18:25
Merts Berlində istəklilər koalisiyasının görüşünün keçiriləcəyini açıqlayıb

Almaniya, Fransa və Böyük Britaniya qarşıdakı qış Berlində Ukrayna üzrə "istəklilər koalisiyası"nın görüşünü keçirməyi planlaşdırır.

"Report" "Phoenix"ə istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Kiyevdə keçirilən mətbuat konfransında bildirib.

"Biz gələcək yardımı əlaqələndirmək üçün qışda Fransa və Böyük Britaniya ilə birlikdə Berlində "istəklilər koalisiyası"nın görüşünü keçirmək niyyətindəyik", - o bildirib.

Qeyd edək ki, oktyabrın 4-də Merts və Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Kiyevə elan olunmamış səfərə gəliblər.

Daha əvvəl məlum olub ki, Almaniya Ukraynaya hərbi və enerji yardımının da daxil olduğu 1,3 milyard avrodan çox məbləğdə genişmiqyaslı dəstək paketi ayırıb.