Latviya prezidenti reanimasiyadan palataya köçürülüb

Digər ölkələr
  • 05 fevral, 2016
  • 12:04
Latviya prezidenti reanimasiyadan palataya köçürülüb

Bakı. 5 fevral. REPORT.AZ/ Latviya prezidenti Raymonds Veyonisin sağlıq vəziyyəti yaxşılaşır.

"Report" Latviya prezidentinin saytına istinadən xəbər verir ki, dövlət başçısı artıq reanimasiya şöbəsini tərk edib və müalicəsini ürək-damar cərrahiyyə şöbəsində davam etdirəcək.

Xatırladaq ki, yanvarın ortalarında R.Veyonisin vəziyyəti ağırlaşmış, o, ürəyindən əməliyyat olunmuşdu. Onun ürəyində klapanlara təsir edən septik infeksiya aşkarlanmışdı.