Kyastutis Vaşkelyaviçyus: Litva 2026-cı ildə müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artıracaq
- 03 oktyabr, 2025
- 20:43

Litva 2026-cı ildə müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmağı planlaşdırır.
Bunu "Report"a müsahibəsində Litvanın Azərbaycandakı səfiri Kyastutis Vaşkelyaviçyus deyib.
"Bu il bizim hərbi xərclərimiz ÜDM-in 4%-dən çoxunu təşkil edir, gələn il isə biz bu göstəricini ÜDM-in 5%-nə çatdırmağı planlaşdırırıq ki, bu da NATO-da ən yüksək səviyyələrdən biridir", - o qeyd edib.
Səfirin sözlərinə görə, 2013-cü ildən bəri olan dinamikaya nəzər salsaq, Litva NATO ölkələri arasında müdafiə xərclərinin ən yüksək artım tempini nümayiş etdirib.
"Bu, Litvanın etibarlı müttəfiq olduğunu və öz təhlükəsizliyinə çox ciddi yanaşdığını təsdiqləyir. Biz digər müttəfiqlərdən də eyni həmrəylik nümayiş etdirərək və NATO-nun əhatə etdiyi təhlükəsizliyin bütün aspektlərinə diqqət yetirərək bu nümunəyə əməl edəcəklərini gözləyirik", - litvalı diplomat əlavə edib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.