Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
- 20 oktyabr, 2026
- 06:48
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının siyasətinin Qərb sivilizasiyasını məhv etməyə və amerikalıların pullarını müsadirə etməyə yönəldiyini bildirib.
"Report"un məlumatına görə, Amerika lideri bunu Kanzas ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.
"Demokratların proqramı Qərb sivilizasiyasını məhv etmək planıdır. Onlar sərhədləri açmaq, elektrik stansiyalarını bağlamaq, cinayətkarları azadlığa buraxmaq, uşaqlarınızı transgenderə çevirmək, pullarınızı müsadirə etmək və Amerika bayrağını təhqir etməklə yanaşı, Fələstin bayrağını ucaltmaq istəyirlər", – Tramp bildirib.
Çıxışı zamanı ABŞ Prezidenti siyasi rəqiblərinə münasibətdə dumocrats ifadəsindən istifadə edib. Bu söz ingilis dilində "axmaq" mənasını verən dumb və "demokratlar" mənasını verən democrats sözlərinin birləşməsindən yaranıb. Tramp belə bir siyasətin həyata keçirilməsinə imkan verməyəcəyini vurğulayıb.