Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib

Digər ölkələr
  • 20 oktyabr, 2026
  • 07:42
Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə silahı yaratmaq imkanından məhrum olduğunu iddia edərək Vaşinqtonun İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdıra biləcəyini bildirib.

"Report"un məlumatına görə, Amerika lideri bunu Kanzas ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Onların nüvə silahı ola bilməz və olmayacaq da. Kimsə dedi ki, ‘Siz elə indi gedə bilərsiniz". Bu, doğrudur. Biz elə indi gedə bilərik", – Tramp bildirib.

ABŞ Prezidenti, həmçinin 2025-ci ilin iyununda Amerikanın B-2 strateji bombardmançılarının İranın nüvə obyektlərinə endirdiyi zərbələri xatırladıb.

"Möhtəşəm B-2 bombardmançıları buradan çox da uzaqda olmayan bazadan havaya qalxdılar və bütün bombaları atdılar", – o əlavə edib.