Tacikistan və "SpaceX" peyk interneti sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- 20 oktyabr, 2026
- 08:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Tacikistanın ABŞ-dəki səfiri Zövqi Zövqizadə SpaceX şirkətinin Starlink layihəsi üzrə bazarlara çıxış və layihənin inkişafı məsələləri üzrə direktoru Culiya Qreblaxerlə görüşüb.
"Report"un Tacikistanın ABŞ-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, tərəflər telekommunikasiya və peyk interneti sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
"Görüş zamanı Tacikistan Respublikası ilə SpaceX şirkəti arasında, o cümlədən telekommunikasiya və peyk interneti sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub", - diplomatik nümayəndəliyin məlumatında bildirilib.
Görüşdə Starlink şəbəkəsinin qurulması üzrə mövcud tədbirlər planının həyata keçirilməsinə, eləcə də mövcudluq nöqtələri (Edge Point of Presence, PoP) infrastrukturunun inkişafına xüsusi diqqət yetirilib.
Tərəflər, həmçinin gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.