Kris Rayt: ABŞ İrana nüvə yanacağı tədarük etməyə hazırdır

Digər ölkələr
  • 13 sentyabr, 2026
  • 23:16
Kris Rayt: ABŞ İrana nüvə yanacağı tədarük etməyə hazırdır

ABŞ İslam Respublikası uranın zənginləşdirilməsindən imtina etdiyi təqdirdə İranı nüvə yanacağı ilə təmin edə bilər.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "Bloomberg" agentliyinə bildirib.

"Biz (İrana nüvə) yanacağı xaricdən tədarük edə bilərik. Onlar yenidən ölkələr birliyinə qoşula, öz xalqına sülh və rifah gətirə bilərlər", - o bildirib.

Rayt əlavə edib ki, ABŞ İslam Respublikasının nüvə proqramı məsələsini danışıqlar yolu ilə həll etməyə üstünlük verərdi, lakin hərbi əməliyyatlara da hazırdır.