Kopenhagendə Ukraynadakı müharibə və Rusiyadan gələn təhdidlər əsas müzakirə mövzusu olub

Digər ölkələr
  • 02 oktyabr, 2025
  • 16:24
Kopenhagendə Ukraynadakı müharibə və Rusiyadan gələn təhdidlər əsas müzakirə mövzusu olub

Kopenhagendə Ukraynadakı müharibə və Rusiyadan gələn təhdidlərə həsr olunmuş Avropa ölkələri liderlərinin müzakirəsi keçirilib.

"Report"un Avropa bürosunun məlumatına görə, Danimarkanın Baş naziri Mette Frederikson bildirib ki, bu, Böyük Britaniya və Polşanın baş nazirləri Kir Starmer və Donald Tusk, Fransa və Moldova prezidentləri Emmanuel Makron və Maya Sandunun iştirak etdiyi "Avropa Siyasi Birliyi"nin sammitində yeni bir formatdır.

Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Rusiya təcavüzü - təkcə Ukrayna suverenliyinə dair məsələ deyil, həm də Avropanın ümumi dəyərlərinin müdafiəsi məsələsidir.

O, Kiyevə dəstəyin prioritet olaraq qalmalı olduğunu vurğulayıb: "Bizə pilotsuz uçuş aparatları ilə mübarizə üçün daha çox vasitə, yeni hava hücumundan müdafiə sistemləri, sanksiyalar vasitəsilə Putinə qarşı daha çox təzyiq lazımdır".

Fransa Prezident E.Makron xatırladıb ki, Rusiya artıq strateji məğlubiyyətlərə uğrayıb, Kiyevdə hakimiyyəti dəyişdirə bilməyib və NATO-nun genişlənməsinə yol verib.

Lakin onun sözlərinə görə, bu, kifayət deyil: "Avropa Ukraynaya hərbi yardımı, o cümlədən PUA-ların və uzaqmənzilli raketlərin tədarükünü genişləndirməlidir".

Polşanın Baş naziri Donald Tusk vurğulayıb ki, Polşa-Belarus sərhədindəki təxribatlardan Baltik dənizindəki insidentlərə qədər Avropaya qarşı müharibə artıq gedir: "Əgər Ukrayna məğlub olsa, biz də məğlub olacağıq".

Moldova Prezidenti Maya Sandunun sözlərinə görə, Moskva son seçkilər zamanı partiyaları maliyyələşdirmək, kiber hücumlar və dezinformasiya kampaniyaları üçün yüz milyonlarla avro xərcləyib.

"Lakin Moldova bu zərbəyə davam gətirdi. Biz sübut etdik ki, hətta kiçik demokratiya belə Rusiya təzyiqinə qarşı dura bilər", - o bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti