Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Digər ölkələr
  • 13 sentyabr, 2026
  • 11:19
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb.

"Report"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə KDR hakimiyyəti məlumat yayıb.

Qeyd olunur ki, mayın ortalarında "Bundibugyo" virusunun nadir ştammının yaratdığı epidemiyanın başlanmasından bu yana ölənlərin sayı 3 398 nəfərə çatıb. Hazırda 837 nəfər karantində saxlanılır və ya müalicə olunur.

Bu, KDR-də Ebola epidemiyasının artıq 17-ci dəfə baş verməsidir. Epidemiyanın episentri ölkənin şimal-şərqində yerləşən İturi əyalətindədir. Virus artıq KDR-in 7 əyalətinə yayılıb.

"AFP"nin məlumatına görə, yeni tədris ilinin başlanmasından sonra Ebola məktəblilər arasında sürətlə yayılmağa başlayıb və bu da tibb müəssisələrinin üzərinə düşən yükü artırıb.

44 - Tezliklə