KİV: Zelenski enerji obyektlərinə zərbələrdən imtina etməyə razılaşıb

Digər ölkələr
  • 20 mart, 2025
  • 01:08
KİV: Zelenski enerji obyektlərinə zərbələrdən imtina etməyə razılaşıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın müharibədə enerji obyektlərinə hücumlardan çəkinmək təklifi ilə razılaşıb.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilir görə, Zelenski bu qərarı martın 19-da Amerika lideri ilə telefon danışığı zamanı açıqlayıb.