KİV: Misirdə təyyarə qaçıran şəxsin adı açıqlanıb

Digər ölkələr
  • 29 mart, 2016
  • 06:56
KİV: Misirdə təyyarə qaçıran şəxsin adı açıqlanıb

Bakı. 29 mart. REPORT.AZ/ "EgyptAir" aviaşirkətinə məxsus A320 sərnişin təyyarəsini qaçıran şəxsin adı açıqlanıb.

"Report" Misirin dövlət televiziyasına istinadən xəbər verir ki, layneri ələ keçirib reysin istiqamətini dəyişən İbrahim Samaha adlı Misir vətəndaşıdır.

"Əl-Ərəbiyyə"nin məlumatına görə, o, Kiprdə siyasi sığınacaq istəyib.